Renat Dadaşov yeni müqavilə imzaladı

Renat Dadaşov yeni müqavilə imzaladı

104 Oxunma

Millimizin və “Ayntraxt”ın üzvü Renat Dadaşov bu gün klubu ilə yeni müqavilə imzalayıb.


Korner..az-ın məlumatına görə, bu haqda Frankfurt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

18 yaşlı futbolçunun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədər uzadılıb.

Bu ilin yanvar ayında “Leypsiq”dən transfer edilən və klubun U-19 komandasında çıxış edən  Dadaşov bundan sonra əsas komandaya cəlb ediləcək.

R.Dadaşov yeni müqavilə ilə bağlı klubun saytına fikirlərini bildirib: “Ayntraxt”da peşəkar karyeraya başladığım üçün çox sevinirəm. Buna görə klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.



Köşə yazıları