Klopp: “Mənim yerimə Cerard gəlməlidi”

Klopp: “Mənim yerimə Cerard gəlməlidi”

229 Oxunma

İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un baş məşçisi Yürgen Klopp klubun sabiq futbolçusu Steven Cerard barəsində danışıb.

 

Korner.az-ın məlumatına görə, alman mütəxəssis “Times” qəzetinə verdiyi müsahibədə Steveni tərifləyib: “Tarixin ən yaxşı oyunçularındandı. Onunla tez-tez danışırıq. Hətta ona dedim ki, əgər “Liverpul” məni qovsa, yerimə sən gəlməlisən”.

 

İngiltərə millisinin sabiq üzvünün inkişaf etmək üçün əlindən gələni etdiyini deyən çalışdırıcı: “Bu koamda üçün həyatını fəda etmiş birindən bəhs edirik. Məncə gələcəkdə daha böyük vəzifə verilməlidi. Buna görə, mən də öz təcrübələrimi paylaşıram, inkişafı üçün kömək edirəm”.

 

Qeyd edək ki, “Liverpul” uşaq məktəbində çalışan Steven Cerard gələn mövsüm U-18 komandasının başında olacaq.
 



Köşə yazıları