“Monako” “Liverpul”un təklifini rədd etdi

“Monako” “Liverpul”un təklifini rədd etdi

290 Oxunma

İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul” Kilian Mbappe üçün “Monako”nun qapısını döyüb.


Korner.az-ın məlumatına görə, bu haqda “Marca” xəbər yayıb.

Bildirilir ki, “mersisaydlılar” gənc futbolçu üçün “Monako”ya 75 milyon avro təklif edib. Fransa təmsilçisi isə təklifi rədd edib.

Gənc hücumçunu daha bir il komandada saxlamaq istəyən “Monako” oyunçu üçün 100 milyon avro tələb edir.

Xatırladaq ki, Fransa klubunun əsas komandasında ilk mövsümünü keçirən Mbappe 43 oyuna 26 qol vurub və 14 məhsuldar ötürmə edib.




Köşə yazıları