"Şapekoense" təyyarəsi məcburi eniş edib

"Şapekoense" təyyarəsi məcburi eniş edib

163 Oxunma

Braziliyanın "Şapekoense" futbol klubunun təyyarəsi Buenos-Ayresdən qayıdarəkən məcburi eniş edib.

Korner.az-ın məlumatına görə, Libertadores kubokunda "Lanus"la matçdan (2:1) sonra futbolçuları Şapeko şəhərinə gətirən təyyarə Portu-Aleqri hava limanına məcburi eniş edib. Buna səbəb təyyarənin enməli olduğu hava limanının uçuş zolağında yaranan problemlərdir. Təyyarə Portu-Aleqriyə eniş etdikdən sonra futbolçular avtobusla Şapekoya yola salınıb. Onlar 11 saata evlərinə çatıblar.

Xatırladaq ki, ötən il noyabr ayının 29-da "Şapekoense" klubunu Cənubi Amerika kubokunun finalına aparan təyyarə qəzaya uğramışdı. Qəzada 76 nəfər həyatını itirmişdi.



Köşə yazıları