Basketbolçularımızdan İslamiadaya uğurlu start

Basketbolçularımızdan İslamiadaya uğurlu start

48 Oxunma

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib.

Korner.az-ın məlumatına görə, qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan millisi Türkmənistanla qarşılaşıb.

Qarşılaşma Azərbaycan basketbolçularının 16:7 hesablı qələbəsi ilə başa çatıb.

Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar.

Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.

Yarışın ilk günü kişi basketbolçularımız üçün də uğurlu alınıb. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib - 17:10.





Köşə yazıları