“Real” Beylin yerinə...

“Real” Beylin yerinə...

1445 Oxunma

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) “Atletiko”nun (Madrid) futbolçusu Antuan Qrizman ilə maraqlanır.


Korner.az-ın məlumatına görə, bu haqda “Don Balon” xəbər yayıb.

Əgər Qaret Beyl komandadan göndərilərsə, “kral klubu”nun baş məşçisi Zinəddin Zidan fransız oyunuçunu transfer etməyə çalışacaq.

Bildirilir ki, Qaret Beyl “Mançester Yunayted”ə getmək istəyir və tərəflər transfer məsələsində razılığa gəlməyə yaxındı.

Xatırladaq ki, Qrizman bu mövsüm  “Atletiko” forması ilə 52 oyuna 26 qol vurub. Mövsüm ərzində bir neçə dəfə zədələnən Beyl isə 26 oyuna 9 qol vurub.




Köşə yazıları