"Barselona" rəhbərliyi komandanın yeni baş məşqçisini müəyyən edib

"Barselona" rəhbərliyi komandanın yeni baş məşqçisini müəyyən edib

1766 Oxunma

“Barselona” yeni baş məşqçisini müəyyənləşdirib.

Korner.az-ın məlumatına görə, bu haqda klubun vitse-prezidenti Jordi Mestre məlumat verib.

“Biz onu əvəz edəcək məşqçini tapmışıq. Amma həmin mütəxəssisin adını Luis Enrikeyə hörmət əlaməti olaraq indi açıqlamırıq” – deyə o bildirib.

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi vəzifəsinə namizədlər arasında Luis Enrikenin köməkçisi Xuan Karlos Unsue, Arneste Valverde (“Atletik”) və Ronald Kumanın (“Everton”) adları var. Komandanın futbolçularının Xuan Karlos Unsuenin namizədliyini dəstəklədikləri iddia edilir.



Köşə yazıları