“Barselona”nın uğursuz transferləri

“Barselona”nın uğursuz transferləri

2157 Oxunma

İspaniya La Liqasında mübarizə aparan “Barselona” tarixində çoxlu uğurlu transferlər həyata keçirmişdir.


Korner.az-ın məlumatına görə, “katolon klubu” həmçinin bəzi futbolçularını komandadan göndərməklə uğursuz transferlərə də imza atmışdır.

Həmin transferləri təqdim edirik:


1. Diqeo Maradona – 1982-ci ildə “Barselona”ya rekord məbləğ qarşılığında transfer olunub. Futbolçu “katolon klubu”nda yalnızca 2 il çıxış edib.


2. Tiaqo Alkantara – Onu “yeni Xavi” adlandırırdılar və komandadan göndərilməsi hər kəsi təəccübləndirmişdi. İspaniya təmsilçisi də bu transferə görə peşmandı.


3. Samuel Eto – Zlatan İbrahimoviçi transfer etmək istəyən “Barselona” Etonu komandadan göndərmişdi. İsveçli futbolçusu isə ümidləri doğrulmamışdı. Afrikalı Samuel “Barselona”dan sonra yeni klubu “İnter” ilə bir çox uğur əldə etmişdi.


4. Luis Suares – 1960-ci ildə “Ballon d'Or” mükafatını alan yarımmüdafiəçi gələn il “İnter”ə satılıb. Futbolçu İtaliya təmsilçisi ilə böyük uğurlar qazanıb.


5. Tiaqo Motta – tez – tez zədələndiyinə görə heyətə düşə bilməyən futbolçu komandadan göndərildikdən sonra əvvəlki formasını bərpa edə bilmişdi. 34 yaşlı oyunçu hal-hazırda PSJ-nin şərəfini qoruyur.


6. Ronaldo – bir çoxlarına görə dünyanın ən yaxşı forvardı hesab edilən futbolçu “Barselona” formasını 1 mövsüm geyinib. Həmin mövsümdə oyunçu 49 oyuna 47 qol vurmuşdu. “İnter” və “Real”dakı (Madrid) oyunu sanki hücumçunun “Barselona”dan erkən ayrılmasını isbatlamışdı.


7. Luiş Fiqo – müqaviləsindəki sərbəst qalma maddəsinə görə klubdan ayrılmışdı. “Real”dakı (Madrid) çıxışı “Barselona”nın futbolçunu göndərməkdə böyük səhv etdiyini göstərmişdi.


8. Maykl Laudrup – Romarionun transferindən sonra legioner limitinə görə komandadn göndərilmişdi. O zamankı qaydalara görə, klubların heyətlərində 3 legioner oyunçu ola bilərdi. “Katolon” klubu isə Keoman və Staiçkovu seçərək Laudrupu komandadan göndərmişdi. Maykl Laudrup futbol tarixinin ən estetik və yaradıcı futbolçularından biri hesab edilir.


9. Sesk Fabreqas – 16 yaşında “Arsenal”a transfer olunan oyunçu böyük transfer məbləği qarşılığında yenidən “Nou Kamp”a qayıtmışdı. Lakin daha sonra “Çelsi”yə transfer olundu.


10. Daniel Alveş – “Barselona” mövsümün əvvəlində oyunçunu “Yuventus”a transfer etdikdən sonra hələ də onun mövqeyində yararnan boşluğu doldura bilmir.




Köşə yazıları