Mourinyodan “sudan ucuz” transfer

Mourinyodan “sudan ucuz” transfer

680 Oxunma

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo PSJ-nin futbolçusu Blez Matuidinin transfer olunmasını istəyir.


Korner.az-ın məlumatına görə, bu haqda “Le Parisien” xəbər yayıb.

“Qırmızı şeytanlar” oyunçu üçün 15 milyon avro ödəməyə hazırdı. Yarımmüdafiəçi Fransadan getmək istədiyinə və müqaviləsinin bitməsinə 1 il qaldığına görə transfer qiymətinin bu qədər aşağı olduğu bildirilir.

Xatırladaq ki, 2011-ci ildə “Sent-Etyen”dən PSJ-yə 8 milyon avro qarşılığında transfer olunan 30 yaşlı Matuidi 321 rəsmi oyunda iştirak edib, 37 qol vurub və 27 məhsuldar ötürmə edib.



Köşə yazıları