<strong><font color=#ff0000>NBA:</font></strong> "Klivlend" üçüncü oyunda da qalib gəldi, "Memfis" "San Antonio"nu məğlub etdi

NBA: "Klivlend" üçüncü oyunda da qalib gəldi, "Memfis" "San Antonio"nu məğlub etdi

63 Oxunma

Bu gün NBA pley-off ilk mərhələnin üçüncü oyunları keçirilib.

Korner.az-ın məlumatına görə, səfərdə "İndiana" ilə qarşılaşan "Klivlend" Lebron Ceymsin tripl-dabl və 41 xalı ilə qalib gəldi. Beləliklə "Klivlend" ümumi nəticədə 3:0 hesabı ilə öndədi.

"Memfis" "San Antonio Spers"i məğlub etməklə ümumi hesabı 1:2 etdi. "Miluoki" isə doğma meydanda "Toronto"nu məğlun etdi

NBA
Pley-off
İlk mərhələ
III oyun

"İndiana Peysers" - "Klivlend Kavalyers" - 114:119 (37:27, 37:22, 17:35, 23:35) - 0:3

"Memfis Qrizlies" - "San Antonio Spers" - 105:94 (21:21, 29:25, 31:17, 24:31) - 1:2

"Miluoki" - "Toronto" - 104:77 (32:12, 25:18, 21:16, 26:31) - 2:1

 

 

 



Köşə yazıları