Messi, Bonuççi və Kyellini arasında forma qalmaqalı

Messi, Bonuççi və Kyellini arasında forma qalmaqalı

436 Oxunma

Dünən Çempionlar Liqasının ¼ final mərhələsində “Barselona” ilə “Yuventus” arasında keçirilən cavab oyununda maraqlı hadisə baş verib.


Korner.az-ın məlumatına görə, matçın sonlarına yaxın “Yuventus”un futbolçusu Bonuççi Messidən formasını istəyib.

Messi isə cavab verməyib. Bundan sonra italyan futbolçu yenidən ulduz oyunçunun formasını istəyəndə  Kyellini onun əlini itələyərək  fikrini oyuna yönəltməsini istəyib.

Final fiti çalındıqdan sonra Bonucçi yenə Messinin yanına gedib və formasını alıb.

Qeyd edək ki, matç 0-0 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə görə Turin təmsilçisi yarımfinala adlayıb. 



Köşə yazıları