Neymar "Barselona"ya onu məşqçi təklif etdi

Neymar "Barselona"ya onu məşqçi təklif etdi

1070 Oxunma

Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar Kataloniya təmsilçisinə baş məşqçi məsləhət görüb.

Korner.az-ın məlumatına görə, o, hazırda Braziliya yığmasını çalışdıran Titenin "Barsa"da uğur qazanacağını deyib.

"Tite hər klubda işləyə biləcək səviyyədə məşqçidir. Onu "Barselona"ya təklif etmək lazımdır", - deyə Neymar bildirib.

Qeyd edək ki, "Barselona"nın hazırkı çalışdırıcısı Luis Enrike cari mövsümün sonunda komandadan gedəcək.





Köşə yazıları