Xavi Hernandez: "Barselona"nın ən böyük səhvi..."

Xavi Hernandez: "Barselona"nın ən böyük səhvi..."

848 Oxunma

İspaniya La Liqasında mübarizə aparan "Barselona"nın sabiq oyunçusu Xavi Ernandez klubun mövsümün əvvəlində böyük bir səhv etdiyini deyib.


Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu:

"Barselona"nın ən böyük səhvi Daniel Alveşi satmaqdı. O, Dünyanın ən yaxşı sağ cinah müdafiəçilərindən biridi. Onun əskikliyi hiss olunur".

Dibala və Verratti haqda da danışan 37 yaşlı yarımmüdafiəçi: "Dibala "Yuventus"un ən yaxşı oyunçusudu. PSJ-də Verratti çox yaxşıdı. Hal-hazırda mənə ən çox bənzəyən oyunçu odur. İki futbolçunun transferi "Barselona" üçün çox yaxşı olar".

Qeyd edək ki, Xavi bu mövsüm "Əl-Sədd" forması ilə 24 oyuna 9 qol vurub və 12 məhsuldar ötürmə edib.



Köşə yazıları