Robert Prosineçki : "Əfran qeyri-adi futbolçudu"

Robert Prosineçki : "Əfran qeyri-adi futbolçudu"

1792 Oxunma

DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda milli komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyaya 4 – 1 hesabı ilə məğlub olub.
 
Korner.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
 
-Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. Komandam yaxşı oynadı. Əzmkar mübarizə apardıq. Ümumi baxanda komandanın oyunundan razı qaldım. Futbolda belə səhvlər olur. Almaniya belə səhvləri bağışlamır. Komandamızın ümumi oyununa baxanda  futbolçularımla fəxr edirəm.
 
-İki fərqli hissə izlədik. Fasilədən sonra nə dəyişdi? Almaniya arxayınlaşdı, yoxsa biz təzyiqi artırdıq?
-Bəlkə də siz elə görmüsüz. Gəlin, hissələri kənara qoyaq. İkinci qolu Əfranın səhvindən sonra buraxdıq. Səhvlər etməsəydik, fasiləyə bərabərliklə yollansaydıq, bəlkə də hər şey başqa cür olardı.
 
-Renat Dadaşovun heyətdən kənarlaşdırılmağının səbəbi nədi?
-Renatımn 18 yaşı var. İlk dəfə idi milli ilə birlikdə olurdu. Çox istedadlı futbolçudu. Gələcəkdə onun xidmətindən çox istifadə edəcəyik. Öz üzərində işləməlidi. Renat Dadaşovun belə rəqibə qarşı oynaması üçün hələ tezdi. Gələcəkdə ona şans verəcəm.
 
-Oyunöncəsi mətbuat konfransında dediz ki, rəqibi tam analiz etmişik. Məğlubiyyətin səbəbi nə idi? Futbolçular tapşırıqlarınızı meydanda düzgün yerinə yetirə bilmədilər?
-Rəqibin futbolçuları bizdən çox üstündülər. Baxın, onlar hansı klublarda oynayırlar. Yalan danışmaq istəmirəm. Komanda bacardığını meydanda göstərdi. Maksimum mübarizə apardıq. Peşəkar futbol oynayanlar məni başa düşər. Bundan çox nəsə edə bilməzdik. Almaniyanın futbolçuları hər həftə top futbol oynayırlar.
 
-Oyun təcrübəsi olmayan futbolçuları start heyətdə buraxmağınız səbəbi nədi?
-Bu gün meydanda olanlar ən yaxşılar idi. Qara Qarayev, Rahid Əmirquliyev  mənim üçün bu gün meydanda ən yaxşı idilər. Əzmkar oyun göstərdilər. Əfrana gəldikdə isə, o elə futbolçudu ki, hər an nəsə edə bilər. O, qeyri-adi futbolçudu. İkili mübarizələrdə yaxşıdı.
 
-Artıq demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma demək olar ki, bəzi futbolçular uyğunlaşa bilmir. Məsələn Əfran İsmayılov. Səhvlərlə yadda qalır. Əfranı oynatmağa məcbursuz?
-Sizinlə razı deyiləm. Əfranla bağlı fikirlərimiz çox fərqlidi. O, bizim üçün vacib oyunçudu. Əfran meydanda olanda komanda daha çox özünüinamlı oynayır, hücum edir.
 
-Qeyd etdiz ki, komanda bu gün maksimum səviyyədə mübarizə apardı. Bu maksimum Çexiya və Şimali İrlandiya ilə oyunlarda bəs edəcək?
-Dəqiq deyə bilmərəm. Amma belə oynasaq istənilən komandanı məğlub edə bilərik.




Köşə yazıları