Mourinyo İbrahimoviçi niyə transfer etdiyini açıqlayıb

Mourinyo İbrahimoviçi niyə transfer etdiyini açıqlayıb

59 Oxunma

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçi nə üçün transfer eydiyini açıqlayıb.


Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis:

“Artıq “Mançester Yunayted” Qiqs, Skols və ya Keyn kimi super oyunçulara sahib deyil. Belə xüsusiyyətlərə sahib yalnız Runi və Kərik var idi. Buna görə də, Zlatanı tarnsfer etdim”

İsveçli hücumçunun komandaya çox böyük xeyir verdiyini deyən Joze: “İbrahimoviç ingilis deyil, klubun mədəniyyətini bilmir, lakin xarakteri ilə komandaya çox böyük xeyir verir. O, adi futbolçunu olmadığını göstərdi”.

Xatırladaq ki, bu mövsüm İbrahimoviç Premyer Liqada 25 oyunda iştirak edib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.



Köşə yazıları