Rauf Əliyev:"Heyətə baxanda sadəcə, gülümsündüm"

Rauf Əliyev:"Heyətə baxanda sadəcə, gülümsündüm"

484 Oxunma

"Robert Prosineçkinin vaxtında milliyə bunadək çağırılsam da, oynamamışdım. Uzun müddətdən sonra millinin heyətində 45 dəqiqə oyun sərgilədim".

Korner.az-ın məlumatına görə, bu fikirləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev bildirib.

Millimizin Qətər yığmasına səfərdə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə fasilədən sonra meydana çıxan "İnter"in hücumçusu oyunun videoyazısını izləyə bilmədiklərini söyləyib:
"Qarşılaşmaya maraq az idi. 5-6 nəfər kənardan izləyirdi. Belə bir şey yox idi ki, oyunun nəticəsi bukmeker kontoruna qoyulduğuna görə qapalı keçirilirdi. Belə olanda, əksinə matç göstərilməlidi. Ərəblər dedilər ki, qarşıdakı iki vacib oyunları - İran və Özbəkistanla matçları var. Buna görə də bizimlə qarşılaşmanı qapalı keçirirlər".

Rauf Almaniya ilə rəsmi matçda da oynayacağına böyük ümidlər bəsləsə də, Prosineçki ona dəvət göndərməyib:
"Heyətə baxanda sadəcə, gülümsündüm. Siz də, azarkeşlər də görürsüz. Mənim nəsə deməyim artıq mənasızdır. Prosineçki ilə ilk görüşümdə söhbətimiz olmuşdu, O mənə inandığını, oynadacağını demişdi. Milliyə nə vaxt çağırılacamsa, canla-başla oynayacam".

Əliyev kənardan izləyəcəyi Almaniya ilə matçdan da söz açıb:
"Çətin rəqibdir, gücü hamıya bəllidir. Millimiz sonadək mübarizə aparacaq. Bunun necə alındığını oyun göstərəcək. Belə rəqibə qarşı 11 nəfərin hamısı müdafiə olunur. Çünki çox güclü komandadır".




Köşə yazıları