Ayxan Abbasov: "Bunu mübahisə kimi dəyərləndirmirəm"

Ayxan Abbasov: "Bunu mübahisə kimi dəyərləndirmirəm"

75 Oxunma

Topaz Premyer Liqasının 23-cü turunda baş tutan “Zirə” – “Qarabağ” oyununda hesab açılmayıb. 


Korner.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

“Qarabağ”a qarşı oynamaq çox çətin idi. Amma rəqibi analiz etmişdik və oyuna ciddi hazırlaşmışdıq. Futbolçularıma rəqibi sıxmağı tapşırmışdım və bunun öhdəsindən gəlməyi bacardıq. Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Futbolçularımızın sona qədər  mübarizə aparmağı çox sevindirici idi. Qarşıda fasilə var və bundan istifadə edib, daha yaxşı olmağa çalışacağıq”.

- Bu gün komandanız çox istəkli idi. Bunu “Neftçi”nin sizə yaxınlaşması ilə əlaqələndirmək olar?
- Mən əvvəl də demişəm ki, çempionatda mübarizə çox çətin olacaq. Bu gün məğlub olsaydıq, bizim üçün çətin olacaqdı. Futbolçularımda istək var və çalışacağıq ki, bunu sona qədər davam etdirək.

- Oyunun gedişində futbolçularınız bir-biri ilə mübahisə edirdilər...
- Bunu mübahisə kimi dəyərləndirmirəm. Komandamızda əsas məsələ intizamı qorumaqdır. Amma oyun zamanı bunlar olan şeylərdir.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyun haqda nə deyə bilərsiniz?
- Bizim üçün bütün oyunlar eynidir. “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq. Bütün oyunlarda olduğu kimi, “Qəbələ” ilə oyuna da qələbə üçün çıxacağıq. (futbol11.az)



Köşə yazıları