“Yuventus” "İnter"in planını alt-üst etdi

“Yuventus” "İnter"in planını alt-üst etdi

233 Oxunma

İtaliya A Seriasında mübarizə aparan “Yuventus” “Fiorentina”nun futbolçusu Federiko Bernardeşini transfer etmək istəyir.

 

Korner.az-ın məlumatına görə, bu haqda “TuttuSport” xəbər yayıb.

“Qoca sinyora” transfer üçün danışıqlara başlayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyanın “İnter” klubu futbolçu üçün 40 milyon avro təklif etmişdi. “Fiorentina”nın isə təklifə müsbət yanaşdığı bildirilmişdi.

“Yuventus” Bernardeşi üçün danışıqlara başladıqdan sonra, “Fiorentina” 23 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.

Xatırladaq ki, hücumçu bu mövsüm A Seriada 25 oyuna 10 qol vurub.
 



Köşə yazıları