Roman Qriqorçuk: "İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik"

Roman Qriqorçuk: "İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik"

78 Oxunma

“Komandamın oyunundan ümumi götürsək, razıyam. Təbii ki, xal itkisinə görə məyusam. Bu gün yaxşı oynadıq. Yaxaladığımız qol epizodlarını boşa verdik”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” səfərdə AZAL-la oyunda xal itirib - 1:1.
 
Ukraynalı çalışdırıcı matçdan sonra fikirlərini bölüşüb: “Oyundan sonra futbolçularıma da dedim ki, bəxtimiz gətirmədi. Onlar başlarını dik tutmalıdırlar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşmalıyıq”.
 
- “Qarabağ”ın “Zirə” ilə oyunda xal itirəcəyinə inanırsınız?
- Bu haqda düşünmək istəmirəm. İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik. Bu, mümkündür. Eləcə də özümüz “Qarabağ”a qalib gəlməliyik. Biz məhz bunlar haqda düşünməliyik. İlk növbədə öz üzərimizə düşəni etməliyik. Oyunlara düzgün hazırlaşmalıyıq.
 
- Son 2 turda çempionatın həlledici mərhələsində komandanız vacib xallar itirir. Bəlkə “Qəbələ” çempionluğa hazır deyil?
- Bu suala çempionat başa çatdıqdan sonra dəqiq cavab vermək olar. Qarşıda hələ 5 oyun var. 15 xal toplamaq mümkündür. Aydın məsələdir ki, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq.
 
- Bəzən Ukrayna mətbuatında sizin vətəndən təklif aldığınız barədə xəbərlər yayılır. Bəziləri isə bunun düşünülmüş olması barədə fikir səsləndirir. Bu söhbətlərə birdəfəlik son qoymaq üçün nəsə deyə bilərsiz?
- Bu tip suallara cavab vermək istəmirəm. Mənim cavabım standartdır - şərhsiz. Həm də mən “Qəbələ”nin indi çətin vəziyyətdə olduğunu düşünmürəm. (apasport.az)



Köşə yazıları