Ronaldodan Zidana təhqir

Ronaldodan Zidana təhqir

787 Oxunma

Dünən İspaniya La Liqasının 28-ci turunda keçirilən “Atletik” (Bilbao) – “Real” (Madrid) matçı keçirilib.


Korner.az-ın məlumatına görə, matçın 79-cu dəqiqəsində “Real”ın heyətində çıxış edən Kriştiano Ronaldo İsko ilə əvəzlənib.

İddia edilir ki, ulduz futbolçu baş məşqçi Zinəddin Zidanın bu qərarına əsabləşib və onu söyüb.

Belə hadisə ilk dəfədir ki, baş vermir. Son Avropa çempionu keçən mövsüm “Las Palmas”a qarşı keçirilən matçda əvəzlənmişdi və o zaman da baş məşqçi Zinəddin Zidana öz etirazını bildirmişdi.

Xatırladaq ki, “Atletik” – “Real” matçı qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.



Köşə yazıları