Qvardiola komandasını "Barsa" və "Real"la müqayisə etdi

Qvardiola komandasını "Barsa" və "Real"la müqayisə etdi

928 Oxunma

Birinci hissədə pis oynadıq. İkinci hissədə oyunumuz düzəldi, ancaq bu, qələbə üçün bəs etmədi. Rəqibin hücumları zaman yaxşı müdafiə olunmadıq".

Korner.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Monako"ya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.

O, məğlubiyyətin səbəbləri haqda da danışıb: "İkinci hissədə daha çox qol vurmaq şanslarımız oldu, ancaq istifadə edə bilmədik. Buna görə də uduzduq. "Barselona" və "Real" qol imkanlarından istifadə etdi, ancaq biz bacarmadıq.

Çox vaxt yaxşı oynayırıq, ancaq bu gün bizim günümüz deyildi. Bu  məğlubiyyətdən öyrənəcəklərmiz var. Hələ də təcrübəmiz azdır. Öz üzərimizdə işləyəcəyik. Çempionlar Liqası yüksək səviyyəli turnirdir. Bəzən burada da şansa ehtiyac olur".



Köşə yazıları