<strong><font color=#ff0000>Həftədə 200 min manat qazanan futbolçunun anası acınacaqlı həyat yaşayır - FOTOLAR</font></strong>

Həftədə 200 min manat qazanan futbolçunun anası acınacaqlı həyat yaşayır - FOTOLAR

2621 Oxunma

Mövsümün əvvəlində “Mançester Siti”yə transfer olunan ispaniyalı futbolçu Nolito ilə anası arasında yaşananlar böyük etirazlara səbəb olub.

Korner.az-ın məlumatına görə, 2015-ci ildə oğlu ilə problem yaşayan 46 yaşlı Rosio Aqudo Duran indi acınacaqlı həyat yaşayır.

Nolito ilə vatsap yazışmasını paylaşan anası həftədə 100 min funt-sterlinq (təxminən 200 min manat) qazanan oğlunun onu təhqir etdiyini deyib. Mesajlarında "Əgər supermarketin önündə dilənmək istəyirsənsə, dilən. Oğurluq etmək istəyirsənsə, et” yazan futbolçu keçmişdə eroin qəbul edən, fahişəliklə məşğul olan və həbsxana həyatı yaşayan anasını evə əcənəbi xidmətçi işə götürdüyü üçün dalaşıb.

Nolitodan başqa, 6 yaşlı ekiz övladları olan Rosio Aqudo yaşadıqları mənzildə şəraitin bərbad olduğunu deyib: “Əminəm ki, Premyer Liqanın digər oyunçularının anaları mənim kimi yaşamırlar. Nolito satın aldığı evimin ödəmələrini dayandırıb. Hər an iki uşağımla küçələrə düşməkdən qorxuram. İndi yaşadığımız ev rütubətlidir, hər tərəfində siçan yuvaları var”.

Nolitonun nənəsi isə öz qızını günahlandırıb: "Qızımın söylədiyi hər şey yalandır. Bir ana öz övladı haqda necə belə sözlər deyə bilər? Nolito çox təvazökar insandır. Anasına hər zaman yardım edib. Problem qızımdadır, heç nə ilə qane olmur, hər zaman daha artığını istəyir". 





Köşə yazıları