"Xəzər Lənkəran" fanatlarından "Neftçi" azarkeşlərinə mesaj

"Xəzər Lənkəran" fanatlarından "Neftçi" azarkeşlərinə mesaj

1071 Oxunma

Avroliqanın I təsnifat mərhələsi çərçivəsində "Sliema" ilə cavab matçına çıxacaq "Xəzər Lənkəran" fanatları  əzəli rəqib olan “Neftçi” azarkeşlərinə yenidən "ilişublər".

Korner.az-ın məlumatına görə,  Cənub klubunun "facebook"dakı  "Khazar Lankaran FC" (https://www.facebook.com/Khazar.Lankaran.FC?fref=ts) səhifəsində fanatlar maraqlı status paylaşıblar:

"11 iyulda Lənkəranda hava həddindən artıq dəyişəcək. Azərbaycanda görünməmiş fırtınalardan biri olacaq. Özünüzü qoruyun ağ-qara sevərlər. Lənkəranda sizi də fırtına gözləyir. Həm də ən dəhşətlisi..."

Qeyd edək ki,  iyulun 11-də "Fırtınalar meydanı"nda baş tutacaq "Xəzər Lənkəran" - "Sliema" matçı saat 20:00-da keçiriləcək.



Köşə yazıları