NBA

Uestbrukun sərbəst atış dərdi

18.12.2018 , 10:48

“Oklahoma Siti”nin basketbolçusu Rasl Uestbruk bu mövsüm sərbəst atışlarda problem yaşayır. Uestbruk bu baxımdan NBA-də ən aşağı göstəriciyə sahibdi – 62%

Komandanın oyunqurucusu sərbəst atışlardan ümumi karyerası boyunca 81% dəqiqliyə sahibdi. Ötən mövsüm Uestbrukun nəticəsi 74% faiz idi.

Bu baxımdan uzun müddət problem yaşayan oyunçunun məşqlərdə sərbəst atışlara xüsusi önəm verəcəyi gözlənilir. Son olaraq, bu gün “Çikaqo” ilə qarşılaşan “Oklahoma” 121-96 hesablı qələbə qazanıb.

Son yazılar

Yuxarı