U19

UEFA millimizin oyununa hakim təyinatlarını açıqladı

13.11.2018 , 21:33

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində sabah İsraillə qarşılaşacaq yığmamızın oyununa təyinatlar açıqlanıb

Görüşü Belçika və Gürcüstandan olan hakimlər idarə edəcəklər. Oyunun baş hakimi belçikalı Erik Lambrext olacaq. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleko Aptsiauri (Gürcüstan) yerinə yetirəcək.

Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək Azərbaycan – İsrail matçı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son yazılar

Yuxarı