Çempionlar liqası

UEFA açıqladı: oyunlar bir dəqiqəlik sükutla başlayacaq

12.02.2019 , 14:29

Çempionlar Liqası və Avropa Liqasında bu həftə keçiriləcək oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Təyyarə qəzasında dünyasını dəyişən argentinalı hücumçu Emiliano Salanın xatirəsi yad ediləcək.

28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

 

Son yazılar

Yuxarı