U19

U-19 millimiz 8 qolla qalib gəldi

19.12.2018 , 16:23

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

Region Liqasında çıxış edən “Tufan”la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub.

Son yazılar

Yuxarı