Voleybol oyun hakimliyi universitetlərdə tədris ediləcək
Türkiyə Voleybol Federasiyasının təşəbbüsü ilə tələbələrə seçmə fənn olaraq Hakimlik tədris ediləcək.
TVF-nın açıqlamalarına görə, bir sıra görüşlərdən sonra bu fənn Konya Ticarət Odası Karatay Universitetinin bütün fakultələrində, o cümlədən Qaradəniz Texniki Universiteti Bədən Tərbiyəsi institutu və Ege Universiteti İdman Elmləri Fakultəsində artıq tədris olunur. İkinci tədris ilindən etibarən Dicle Bədən Tərbiyəsi İnstitutu, Selçuk Universiteti və Hacettepe Universitetinin İdman Elmləri fakultələrində tədris ediləcək.
Müəllimlər TVF Mərkəz Hakim və Müşahidə şurası tərəfindən təyin edilib. Tədris həftədə 2 saat olmaqla 14-16 həftə davam edəcək. Tədris ilinin sonunda imtahanda müvəffəqiyyət qazanan tələbələr olduqları bölgələrdə hakimliyə namizədliklərii verə biləcəklər.