Ölkə futbolu

Transfer bazarlığı – kim gəlib, kim gedib?

06.07.2018 , 12:50

Topaz Premyer Liqasının iştirakçıları transfer çalışmalarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, elita nümayəndələri heyətlərində “təmizləmə işləri” aparmaqla yanaşı, yeni oyunçular almağa da çalışırlar.

 

Klubunu tərk edən bir neçə oyunçunun adına artıq aydınlıq gəlib. Həmçinin, icarədən qayıdan futbolçular da var.

 

“Qarabağ”

Gələnlər: Filip Ozobiç (“Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Abdullah Zubir (“Lans”, Fransa), Elşən Abdullayev (“Zirə”: icarədən qayıdıb), Hannes Halldorsson (“Randers”, Danimarka), Simeon Slavçev (“Sportinq”, Portuqaliya), Vaqner da Silva (“Muskron”, Belçika)

Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan: icarə müddəti başa çatıb), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə: icarə müddəti başa çatıb), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi “Səbail”), Əfran İsmayılov (“Sumqayıt”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), İbrahim Şehiç, Elvin Yunuszadə, Arif Daşdəmirov, Anton Kanibolotski

Müqavilə müddətini artıranlar: Rəşad Sadıqov, Ansi Aqolli, Dani Kintana

 

“Qəbələ”

Gələnlər: Sənan Qurbanov (baş məşqçi), Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, Kipr: icarədən qayıdıb), Bəhlul Mustafazadə (“Sumqayıt”: icarədən qayıdıb), Roman Hüseynov (“Kəpəz”: icarədən qayıdıb), Sabien Lilay, Ceyms Adeniyi (hər ikisi “Skenderbeu”, Albaniya), Lalavele Atakora (“Adana Dəmirspor”, Türkiyə)

Gedənlər: Roman Qriqorçuk (baş məşqçi), Filip Ozobiç (“Qarabağ”), Ruslan Qurbanov (“Səbail”), Elvin Məmmədov (“Sumqayıt”), Yusif Nəbiyev (“Sumqayıt”: icarəyə), Vitali Vernidub (“Zarya”, Ukrayna), Baqali Dabo (“Neftçi”), Dion Malon

Müqavilə müddətini artıranlar: Dmitri Bezotosnı, Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Asif Məmmədov, Aqil Məmmədov, Rasim Ramaldanov

 

“Neftçi”

Gələnlər: Roberto Bordin (baş məşqçi), Tural Axundov, Rəşad Eyubov (hər ikisi “Sumqayıt”), Dario Federiko (“Kəpəz”), Slavko Braliç (“Şiroki Brieq”, Bosniya və Herseqovina), Baqali Dabo (“Qəbələ”), Qoran Paratski (“Vellinqton Feniks”, Avstraliya), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Sabah”: icarədən qayıdıblar), Kvame Karikari (“Əl Ərəbi”, Qətər)

Gedənlər: Tərlan Əhmədov (baş məşqçi), İlkin Qırtımov (“Zirə”), Fəhmin Muradbəyli (“Səbail”, icarəyə), İqnasio Errera (“Seul E-Land”, Cənubi Koreya), Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Cəfərov, Fransisko Qarsiya

Müqavilə müddətini artıranlar: Ruslan Abışov, Kirill Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar, Namiq Ələsgərov

 

“Zirə”

Gələnlər: İlkin Qırtımov (“Neftçi”), Kamal Mirzəyev (“Zirə”)

Gedənlər: Yani Urdinov (“Bohemians”, Çexiya: icarə müddəti başa çatıb), Comal Evans Uilyams (“Murselaqos”, Meksika: icarə müddəti başa çatıb), Elşən Abdullayev (“Qarabağ”, icarə müddəti başa çatıb), Orxan Əliyev (“Səbail”), Milan Duriç (“Voyvodina”, Serbiya), Yovan Krneta, Viktor İqbekoyi, Aleksandr Şemonayev, Riçard Qadze

Müqavilə müddətini artıranlar: Ayxan Abbasov (baş məşqçi), Mirsahib Abbasov, Anar Nəzirov, Kamal Bayramov, Sadiq Quliyev, Vüqar Mustafayev, Müşfiq İlyasov

 

“Sumqayıt”

Gələnlər: Nazim Süleymanov (baş məşqçi), Əfran İsmayılov (“Qarabağ”), Elvin Məmmədov (“Qəbələ”), Yusif Nəbiyev (“Qəbələ”: icarəyə), Şəhriyar Əliyev (“Kəpəz”), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna: icarəyə), Aleksey İsayev (“Zenit”, Rusiya), Dmitri Nağıyev (“Qarabağ Vyana”, Avstriya)

Gedənlər: Samir Abasov (baş məşqçi), Bəhlul Mustafazadə (“Qəbələ”: icarə müddəti başa çatıb), Fərhad Vəliyev (karyerasını bitirib), Azər Salahlı, Amil Yunanov (hər ikisi “Keşlə”), Vüqar Bəybalayev (“Səbail”), Tural Axundov, Rəşad Eyubov (hər ikisi “Neftçi”), Kamal Mirzəyev (“Zirə”), Elnur Abdullayev

Müqavilə müddətini artıranlar: Vurğun Hüseynov, Cavid Tağıyev, Bəxtiyar Həsənalızadə, Rail Məlikov

 

“Keşlə”

Gələnlər: Azər Salahlı, Amil Yunanov (hər ikisi “Sumqayıt”)

Gedənlər: Məqsəd İsayev (“Sabah”), Pablo Podio (“Fastav”, Çexiya: icarə müddəti başa çatıb), Nemanya Stoyanoviç (“Qarabağ Vyana”, Avstriya: icarə müddəti başa çatıb), Qara Qarayev

Müqavilə müddətini artıranlar: Yuri Maksimov (baş məşqçi), Slavik Alxasov, Fuad Bayramov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev, Andre Klennon, Vaqif Cavadov, Əlibəy Məmmədli, Orxan Sadıqlı, Kamran Ağayev, Denis Silva, Cabir Əmirli, Murad Qayalı, Sezar Meza Kolli, Ebrima Sohna

 

“Səbail”

Gələnlər: Aftandil Hacıyev (baş məşqçi), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”), Şəhriyar Rəhimov (“Kəpəz”), Orxan Əliyev (“Zirə”), Ruslan Qurbanov (“Qəbələ”), Vüqar Bəybalayev (“Sumqayıt”), Fəhmin Muradbəyli (“Neftçi”, icarəyə), Emin Mehtiyev, Seymur Əsədov (hər ikisi “Sabah”: icarədən qayıdıblar)

Gedənlər: Samir Əliyev (baş məşqçi), Yevgeni Koçuk (“Jilina”, Slovakiya: icarə müddəti başa çatıb), Faruk Miya (“Standard”, Belçika: icarə müddəti başa çatıb), Rahil Məmmədov (“Qarabağ”), Kərim Diniyev (“Sabah”), Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Vüqar Nadirov, Ruslan Əmircanov, Orxan Əliyev

Müqavilə müddətini artıran: yoxdu

 

“Sabah”

Gələnlər: Elşad Əhmədov (baş məşqçi), Tərzin Cahangirov (“Kəpəz”), Məqsəd İsayev (“Keşlə”), Kərim Diniyev (“Səbail”), Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov (hamısı “Xəzər”), Yosip Baliç (“Krsko”, Sloveniya), Filip İvanoviç (“Radnik Surdilitsa”, Serbiya)

Gedənlər: Arif Əsədov (baş məşqçi), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Neftçi”: icarə müddəti başa çatıb), Emin Mehtiyev, Seymur Əsədov (hər ikisi “Səbail”: icarə müddəti başa çatıb), Ruzi Qiyaslı, Əziz Quliyev, Elgün Uluxanov, Röyal Əlizadə, Şirməmməd Məmmədov, Elşad Manafov, Eltun Hüseynov, Əli Əliyev, Əmrah Əliyev, Qvanzav Maqomedov, İlqar Ələkbərov, Bayram Nuruzadə, Emin Mirzəliyev, Məhəmməd Qurbanov, Məhəmməd Alıyev, Murad İsmayılzadə, Artiom Zabun

Müqavilə müddətini artıran: yoxdu

Facebook Şərhləri

Son yazılar

Yuxarı