Dünya Futbolu

“Trabzonspor” Burak Yılmazı cəzalandırdı

06.11.2018 , 17:32

“Trabzonspor” futbolçusu Burak Yılmazı cəzalandırıb

Bu barədə klubun prezidenti Ahmet Ağaoğlu “NTV”yə açıqlamasında deyib. O, türk hücumçunun “Bursaspor”la matçda azarkeşlərə qarşı etdiyi hərəkət səbəbindən cəzalandırıldığını bildirib: “Burak Yılmazı 500 min türk lirəsi məbləğində cərimələdik. O, müqavilə ilə bu kluba məxsusdur. Bundan sonra baş məşqçimiz Ünal Karaman Burakın oynayıb-oynamayacağına qərar verəcək”.

Qeyd edək ki, B.Yılmaz “Bursaspor”la görüşdə əvəzlənən zaman azarkeşlərin narazılığı ilə qarşılaşmışdı.Bundan sonra o, əl-qol hərəkətləri ilə tribunalara reaksiyasını göstərmişdi.

Xatırladaq ki, “Trabzonspor”un B.Yılmazla müqaviləni ləğv edə biləcəyi iddia olunurdu.

Facebook Şərhləri

Son yazılar

Yuxarı