“Tottenhem”in cənubi koreyalı yarımmüdafiəçisi Son Honq-Min əsgərliyə çağırılıb. O, ölkəsində 21 ay hərbi xidmətdə olmalıdır. Əks halda futbolçunu həbs cəzası gözləyir.
Futbolçunun hərbi xidmətdən azad olmaq üçün şansı var. Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina edə bilər.
Son bu ilin avqust ayında keçiriləcək Asiya oyunlarında Cənubi Koreya millisi ilə medal qazansa, hərbi xidmətdən azad olacaq.