Reklam

“TOPAZ”: TURİNDƏ “GECƏNİN OYUNU”, MOSKVADA LİDERLİK “SAVAŞI”

07.11.2018 , 10:53

Bu axşam keçiriləcək 8 oyunla UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. Proqnoz həvəskarları Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da bu 8 matçın hər birinə canlı mərc edə bilər. Bir qarşılaşma istisna olmaqla qalan 7 görüşə isə “təkli” mərc etmək də mümkündür. Ümumiyyətlə, “Topaz”ın bu günkü proqramında 78 oyuna yer verilib. 7 “təkli” oyunla yanaşı, 22 matç canlı mərcə çıxarılacaq. “Gecənin oyunu” statusuna uyğun gələn qarşılaşma isə təbii ki, “Yuventus”-“Mançester Yunayted” duelidir. 15 gün əvvəl Mançesterdə keçirilən oyunda “Yuve” 1:0 hesablı qələbə qazanmaqla H qrupunda liderliyi ələ keçirdi. Bu axşam da “Qoca Sinyora” qələbə qazanarsa, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək. Bu tərəflərin Çempionlar Liqasında 10-cu görüşü olacaq. Əvvəlki 9 matçın statistikasına görə, hər iki komandanın bərabər sayda qələbəsi var. Bir görüşdə isə heç-heçə qeydə alınıb. “Yunayted”in Turinə son iki səfəri möhtəşəm qələbələrlə yadda qalıb. 1999-da 3:2, 2003-cü ildə isə 3:0. Amma ser Aleks Fergüssonun gedişindən sonra əvvəlki nüfuz və əzəmətini itirməyə başlayan “qırmızı şeytanlar” artıq “Yuventus” tiffozisi üçün qorxulu deyil. Əksinə, fantastik bir mövsüm keçirən “Yuve” (komanda mövsümün startından bu yana oynadığı 14 matçdan birində heç-heçə edib, qalanları isə udub) “Mançester Yunayted”lə ilk oyunda olduğu kimi axşamkı dueldə də aşkar favorit sayılır. “Topaz”da “günün oyunu”na həm canlı, həm də “təkli” mərc edə bilərsiz. Əmsallar: “Yuventus”un qələbəsi 1.55, heç-heçə 3.65, “Mançester Yunayted”in qələbəsi 5.25. Əgər “Yunayted” Turində məğlub olarsa “Valensiya” öz meydanında “Yanq Boyz”a qalib gəlməklə 2-ci sıranı ələ keçirə bilər. Digər oyunlardan 2 saat tez – 21:55-də başlanacaq “Valensiya”-“Yanq Boyz” görüşü üçün “Topaz”ın təklif etdiyi əmsallar belədir: “Valensiya”nın qələbəsi 1.40, heç-heçə 3.90, “Yanq Boyz”un qələbəsi 5.30. Saat 21:55-də daha bir qarşılaşma da başlanacaq ki, azarkeşlərə gərgin mübarizə vəd edir. Söhbət Moskvada keçiriləcək ÇSKA-“Roma” oyunundan gedir. 3 oyundan 6 xal yığan romalılar “Real Madrid”in də yer aldığı G qrupunun lideridir. 3-cü sıradakı ÇSKA-nın isə aktivində 4 xal var. Ruslar bu gün qələbə qazanarsa azı 2-ci sıranı ələ keçirəcək, çünki digər matçda “Real Madrid”in Çexiyada “Viktoriya Plzen”ə qalib gəlmək ehtimalı yüksəkdir. Həm ruslar, həm də “Roma” oyuna itkilərlə çıxacaq. ÇSKA-da uruqvaylı legioner Ernandes, həmçinin Kuçayev, Vasin və Makarov zədəlidir. “Roma”da isə eyni səbəbədən De Rossi, Perotti, Pelleqrini oynamayacaq. 2 həftə əvvəl Romadakı dueldə meydan sahibləri 3:0 hesablı qələbə qazansa da, “Lujniki”də italyanları ağır oyun gözlədiyi şübhə doğurmur. 1 ay əvvəl bu meydanda “Real Madrid”in ÇSKA-ya 0:1 hesabı ilə uduzduğunu da xatırlatmaq yerinə düşər. “Topaz”da matça bu

əmsallarla mərc edə bilərsiz: ÇSKA-nın qələbəsi 3.50, heç-heçə 3.25, “Roma”nın qələbəsi 1.80.

Çempionlar Liqası həyəcanını “Topaz”la yaşayın, çünki burada həm də qazanmaq şansınız var.

Facebook Şərhləri

Son yazılar

Yuxarı