Premyer Liqa

Topaz Premyer Liqanın ən dəyərli futbolçuları

28.12.2018 , 16:30

Amaniyanın “Transfermarkt” portalı Topaz Premyer Liqada çıxış edən klubların heyətindəki futbolçuların son transfer qiymətlərini açıqlayıb.

TPL-in ən bahalı futbolçusu Filip Ozobiçdir. “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisinin qiyməti 700 min avro artaraq 1,5 milyon avro olub. İlk 10-luqda Ağda klubunun 7 futbolçusu yer alıb. Maksim Medvedev, Simeon Slavçev və Abdullah Zubir 1,2 milyon avro qiymətlə 2-4-cü yerləri bölüşürlər. Qara Qarayev, Bədavi Hüseynov və Mahir Mədətov isə 1 milyon avro qiymətləndirilir. Daha bir milyonluq futbolçu isə “Qəbələ”li Stiven-Cozef Monrozdur. O, 8-ci yerdə qərarlaşıb. Baqalı Dabo “(Neftçi”) 9-cu, Kiril Petrov (“Neftçi”) 10-cudur.

Ən bahalı heyətə “Qarabağ” sahibdir – 15,75 milyon avro. “Neftçi” 2-ci (9,25 milyon avro), “Qəbələ” 3-cüdür (7,43 milyon avro).

Son yazılar

Yuxarı