big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Telekanallarımızın avrokubok dejavüsü: Bağışlayın, sizdə 1 manat olmaz?

25.07.2018 , 15:25

Mərəkə qopub yenə. “Olimpiya” ilə ev oyununa gəlməyənlərdən tutmuş, əsl azarkeşlərədək hamı “Qarabağ”ın “Kukesi” ilə bu gün keçiriləcək oyununun canlı yayımlanmamasına sitəm edir. Hərənin öz hədəfi var. Məsələn, CBC Sport deyir ki, klub ev oyununu “İdman Azərbaycan”a peşkəş edir, səfər oyununa görə bizi qınayırsınız, biz yalnız siqnalların barteri təklifini verə bilərik, başqa təklif gözləməyin, bla-bla-bla… Bu biri tərəfdən penalti nöqtəsindəki “Qarabağ” haqlı olaraq özünü haqlı çıxarır. “İdman Azərbaycan”ın “gölünə” daş atıblar, səs-səmiri çıxmır. 

 

Açığı, xaraktercə çox ürəyiyumşaq adamam və hər il idman kanallarımızın boğazında 10-15 min avroluq “çatı”nı görəndə ürəyim də avtomobilim kimi yağ yeyir. Elə ona görə də bir-iki fənd deyəcəm, bəlkə gələn illərdə istifadə elədilər…

 

Hörmətli (nə qədər də alicənab, amma yerində işlədilməyən ifadə) CBC Sport və “İdman Azərbaycan”, birinci təklifim budur ki, hər avrokubok mövsümündən əvvəl klubların adına bank hesabı açdırın. İlk cəhddə ağlıma gələn şüarları da deyim: “Boğazımıza keçən kəndiri kəsin”, “Telekanalımıza gənc, şux, erotik görünüşlü əskinaslar tələb olunur”, “Bağışlayın, sizdə 1 manat olmaz?” və s.
İkinci təklifim budur ki, avrokubok mövsümündən əvvəl Qafqaz Müsəlmanları İdarəsinə məktub yazın, birinizə Bibiheybət, birinizə də Beşbarmaq pirinin (müəllifin ürəyiyumşaqlığının daha bir sübutu: fərqli məzhəblərə məxsus pirləri demir ki, ölkədə ilk məzhəblərarası münaqişəyə səbəb olmasın) nəzir qutusunu 1 aylıq ehsan eləsin. Nəinki səfər oyunlarını yayımlaya, hətta əcnəbi telepartnyorlarınıza babat “çayevoy” da verə bilərsiniz.

 

Gələn il Ramazan ayı (müəllif uzun müddətdir dini sahədədir, hər şeyi dinə bağlayır, fikir vermə) avrokubok mövsümündən əvvəl bitəcək. Yəqin ki, Ramazanın sonunda babat fitrə-zəkat yığıldığını xatırlatmağa ehtiyac yoxdur. Müəllifin üçüncü təklifinin eyhamını başa düşdünüz də? Allahın lütfüdür bu sizə, nəsibinizi alın. Şəxsən mən fitrəni əlsiz-ayaqsıza, kimsəsizə yox, sizə verməyi daha savab bilirəm…

 

P.S. Bir dəfə “Xəzər Lənkəran”ın mətbuat katibi, dostumuz Hüseyn Cəbrayıloğlu feysbukda sual vermişdi ki, “CBC Sportun şüarı “Futboldan başı çıxan bizə baxır”dır, razısan bu şüarla?” Nə cavab verdiyim yadımda deyil, ancaq o gündən bu şüardan çıxan bir məntiqi sual məni rahat buraxmır: görəsən, Rövnəq müəllim Abdullayev baxır CBC Sport-a?

Son yazılar

To Top