big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Tahir Gözəl: “Avropada kiməsə “Qarabağ”ın prezidentiyəm deyəndə təbrik edirlər”

06.12.2017 , 06:42

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Roma” ilə oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Klubun prezidenti oyunla bağlı fikirlərini bildirib:

– Oyundan razı qaldınız?

– Mən çox gözəl oyun izlədim. Bizim əsas futbolçularımız bu oyunda iştirak etmirdi. Çox gözəl oyun sərgilədilər. Qarşımızdakı rəqib böyük komandadır. Müdafiədəkilər vəzifələrinin öhdəsindən gəldilər. 

Mən çox razıyam. Qol epizodlarımız da oldu. Bu epizodlar alınsaydı, qrupun taleyi dəyişəcəkdi. “Atletiko Madrid”in tək ümidi biz idik. Elə oldu ki, rəqib komandaların harda oynayacağına “Qarabağ” qərar verdi. Bu, bizim üçün sevincli haldır. Bu oyunda ən azından 1 xal qazanmaq istəyirdik. Qrup mərhələsini qürurla başa vururuq.

– Çempionlar Liqasındakı 6 oyunu necə dəyərləndirirsiniz?
– Birinci “Çelsi” ilə matçda mən də həyəcanlıydım. Orda böyük təcrübə qazandıq. O, hamımız üçün bir ilk idi. “Atletiko” ilə oyunlarda çox razı qaldım. “Roma” ilə Bakıdakı oyunda da yaxşı çıxış etdik. “Roma”ya qarşı bu gün nəticə olmadı. 

“Çelsi”yə qarşı oyun mənim üçün ən ağır oyun oldu. Hələ də yadımdan çıxmır. Ürəyim ağrıyır. Mən hakimin qərarına hörmətlə yanaşıram, amma qırmızı kart düzgün qərar deyil. Həmin oyun mənə çox təsir etdi. Oyunlarda çox qırmızı vərəqə aldıq. Hakimlər tərəfindən sıxıldıq. Elə bugünkü qola da baxmaq lazımdı ki, ofsayt var idi, ya yox? Məncə, mübahisəli epizoddur.

– Komandanın ÇL qrupunda oynaması özü böyük uğurdur. Ona görə, neqativlərdən deyil, pozitivlərdən bəhs edək. Gözləyirdiniz toplanan xalları?

– Mən sadəcə xülasəni xatırlatmaq istəyirəm. Əlbəttə ki, çox gözəl mərhələ oldu bizim üçün. Rəqiblərimizin tarixlərinə baxanda, maddi imkanlarına nəzər salanda, görərik ki, “Qarabağ” tarix yazır. Hədəfimiz o idi ki, bu adı Avropada tanıdaq. Sizi əmin edirəm ki, mən Avropada kiməsə “Qarabağ”ın prezidentiyəm deyəndə dönüb təbrik edirlər. Burda məsələ mənim uğurum deyil. Klubun adı tanınıb.

– “Qarabağ”ın bundan sonrakı hədəfi nədir?

– Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdir. Bilirsiniz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynayacağıq. Çünki baxırıq “Qarabağ”da ən istənilən oyunçunun itkisini sığortalamaq üçün nə qədər əziyyət çəkirik. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan yetmir.

– Yetirmələrinizlə oynamaq üçün hansı addımlar atacaqsınız? Yeni bazalar olacaq?

– Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən az 4-5 illik layihədir. Ona görə səbr edin, görəcəksiniz ki, “Qarabağ”ın necə yetirmələri var.

report.az

Son yazılar

To Top