Maqazin

Təcavüz, sponsor problemi, qırmızı vərəqə… – Ronaldo Peresdən şübhələnir

06.10.2018 , 17:18

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yaşanan son hadisələrə görə “Real”ın prezidenti Florentino Peresdən şübhələnir.

Portuqaliyalı futbolçu hesab edir ki, təcavüzdə günahlandırılma, ilin ən yaxşısı futbolçusu mükafatı uğrunda mübarizədəki uğursuzluq, sponsorlarla münasibətlərin pisləşməsi və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Valensiya” ilə səfər oyununda (2:0) meydandan qovulmasında məhz F. Peresin əli var.
Qeyd edək ki, Ronaldonun “Real” rəhbərliyi ilə münasibətləri hələ ötən ilin dekabrında pozulmuşdu. Həmin vaxt Peres şəxsən vergi ilə bağlı məhkəmədə Ronaldonu dəstəkləməkdən imtina etmişdi.

Facebook Şərhləri

Son yazılar

Yuxarı