Velosiped

“Synergy Baku” “Alanya Kuboku”nda

04.02.2017 , 12:34

Türkiyənin
Alanya şəhərində qış hazırlıq prosesi keçən peşəkar velosiped komandalarının
iştirakı ilə 3 günlük “Alanya Kuboku” yarışı start götürüb.

 

Korner.az-ın
məlumatına görə, bu haqda goal.az saytı xəbər yayıb.

 

Yarışda
Azərbaycanın “Synergy Baku” kontinental komandası da mübarizə aparır.

 

120
km-lik ilk mərhələnin qalibi Azərbaycan yığma komandasının üzvü Kiril
Pozdnyakov olub. 2-ci yarış günündə iştirakçılar 90 km məsafəyə mübarizə
aparacaqlar. Sonuncu mərhələ isə kriterium xarakterli olacaq – velosipedçilər
2,6 km-lik marşrut boyunca 15 dövrə vurmaqla ümumilikdə 39 km məsafə qət edəcəklər.

Facebook Şərhləri

Son yazılar

Yuxarı