big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Sumqayıt”ın MŞ-si: Dörd vəzifəli sədr, etibarlı tərəfdaş və… – (İKİNCİ YAZI)

26.06.2016 , 13:10

“Sumqayıt” klubunun Müşahidə Şurasında yer alan 7 nəfərdən 3-nün kim olduqlarını diqqətinizə çatdırmışdıq (yazını buraya klikləyərək oxuya bilərsiz). Bu dəfə isə digər 4 nəfərin tanıtımını edəcəyik. Beləliklə…

""

Vaqif Ömərov: 1952-ci il fevralın 25-də anadan olub. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Üzvi Sintez Zavodu Həmkarlar İttifaqının və Kimya Sənayesi İşçiləri Azad HİK respublika komitəsinin sədri vəzifələrində çalışıb. 31 may 2010-cu ildən – "Azərkimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi yaranan gündən bu quruma rəhbərlik edir. O, “Sumqayıt”ın Müşahidə Şurasının üzvü olmaqla yanaşı, həm də klubun vitse-prezidentidir. Klubun idarəçiliyində fəal iştirak edir. Haqqında mediada hər hansı qalmaqallı məlumat yer almayıb. 

""
Mürsəl Rüstəmov: 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2004-cü ildə magistratura pillələri üzrə fərqlənmə ilə bitirib, hüquq sahəsində ali təhsil alıb, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirərək iqtisadiyyat üzrə ali təhsilə yiyələnib. 2006-cı ilin iyul ayına kimi maliyyə və investisiyalar üzrə məsləhət xidmətləri göstərən "MP Consulting” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra “Paşa Sığorta” ASC-də sığorta hadisələri və hüquqi təminat üzrə mütəxəssis, koordinator və direktor vəzifələrində işləyib, 2009-cu ilin aprel ayından həmin şirkətdə Daxili Audit Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Fransa, Almaniya, İngiltərə, Rusiya Federasiyası, Türkiyə və Ukraynada sığorta, risklərin idarə olunması, audit, menecment, beynəlxalq maliyyə və idarəetmə standartları mövzularında müxtəlif seminarlarda iştirak edərək beynəlxalq sertifikatlarla təltif olunub. 
Azərbaycan Birinci Divizionunun 2010-2011-ci illər mövsümünün çempionu “Abşeron”un maliyyə problemlərini əsas gətirərək Premyer Liqaya çıxmaqdan imtina etməsindən sonra “Sumqayıt-Şəhər”ə yaşıl işıq yandırıldı və “Gənclər şəhəri”nin təmsilçisinin gördüyü ilk işlərdən biri 2011-ci ilin sentyabrında sponsor qismində “Paşa Həyat Sığorta” ilə əməkdaşlıq müqaviləsi imzalamaq olmuşdu. Hərçənd bu sığorta şirkəti də o vaxt cəmi 8 ay idi yaradılmışdı. Ancaq Mürsəlov iki gənc kollektivin birgə əməkdaşlığından məmnunluğunu elə anlaşmanın imzalandığı tədbirdə ifadə etmişdi: “Gənc olmağımıza baxmayaraq, “Sumqayıt Şəhər” klubu ilə birlikdə uğur qazanacağımıza inanırıq”. Görünür, tərəflər əməkdaşlıqdan o qədər məmnundurlar ki, o vaxt bir illik bağlanan sövdələşmənin müddətini uzada-uzada bugünədək gətirib çıxara biliblər.

""
Telman Salahov: 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub. Peşəkar futbolçu karyerası ərzində Gəncənin “Dinamo”, Sumqayıtın “Polad” və “Mettalurq” kimi klublarında hücumçu mövqeyində çıxış edib. Sumqayıtda “Xəzər” və “Polad” klublarını çalışdırıb. Əməkdar məşqçi və SSRİ idman ustası adlarını alıb. “Gəncənin Maradonası” ləqəbi ilə tanınan SSRİ-nin əməkdar idman ustası, veteran futbolçu Nizami Salahovun (2013-cü ildə 68 yaşında dünyasını dəyişib) qardaşıdır. “Sumqayıt”ın Müşahidə Şurasında idmanla birbaşa əlaqəsi olan iki nəfərdən biridir. Müsbət xarakteristikaya sahibdir.

""
Abdulla Məmmədov: “Sumqayıt”ın Müşahidə Şurasının sədridir. Nə qədər qəribə görünsə də, bu, onun futboldakı yeganə işi deyil. Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülmüş Abdulla bəy həm Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun direktor əvəzidir (2015-ci ildə əvvəlki direktor Rizvan Rəsulovun "Zirvə" İdman Klubuna gedişindən sonra müavini Abdulla Məmmədov stadionun direktor əvəzi vəzifəsinə təyin olunub), həm AFFA hakim-inspektoru, həm də Şimal Regional Futbol Federasiyasının prezidentidir (federasiyanın əvvəlki prezidenti Yaşar Şamilovun 2015-ci ilin yanvarında vəfat etməsindən bir neçə ay sonra bu posta seçilib). Məmmədovun eyni anda dörd işdə çalışmasını ona görə “nə qədər qəribə görünsə də” ifadəsiylə ona görə təqdim etdik ki, bir klubun Müşahidə Şurasının sədri vəzifəsi ali postdur və o postda otura-otura daha üç yerdə kreslo məşğul etmək, doğru deyil. Üstəlik, MŞ sədri kimi “Sumqayıt”dan maaş alan Abdulla bəyə AFFA hakim-inspektoru kimi Birinci Divizion oyunlarına təyinatlar verilməsi, Şimal regional Futbol Federasiyasına rəhbərlik etməsi dolayısı ilə onun həm də AFFA-dan qonorar və maaş alması deməkdir. Hələ stadion direktoru kimi də maaş alıb-almadığını dəqiqləşdirmək lazımdır.
MŞ idarəetmə sistemini Avropadan ilhamlanıb Azərbaycana gətirmişdilər. İndi bir anlığa təsəvvür edin ki, həmin Avropanın hər hansı klubunun Müşahidə Şurasının sədri həm regional federasiyaya rəhbərlik edir, həm hakim-inspektor kimi oyunlara təyinat alır, həm də hansısa stadionun direktor müavinidir. Təsəvvür bacarığınızı zorlamayın, bu da azərbaycansayağı qara yumordur…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top