Transferlər

“Sumqayıt”dan imtina edən futbolçu Portuqaliya klubunda

04.08.2018 , 14:57

Avstriyanın “Qarabağ Vyana” klubunun dağılmasından sonra “Sumqayıt”la müqavilə imzalayan Dmitri Nağıyev daha sonra komandadan ayrılıb.

U-21 millimizin sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı müdafiəçi adıçəkilən ölkənin I divizionunda çıxış edən “Kova-da-Piedadi” klubu ilə 1 illik müqavilə imzalayıb.

Nağıyev “Sumqayıt”la müqavilə imzalayanda “xaricdən təklif gələrsə, sərbəst qalmaq hüququna malikdir” bəndi salıbmış. Bu səbəbdən də “gənclik şəhəri” təmsilçisi Dimanın qabağını kəsə bilməyib.

Facebook Şərhləri

Son yazılar

Yuxarı