Topaz Premyer Liqasının XVI turunda "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edir. Hazırda davam edən oyunda gərginlik yaşanıb.
Oyun epizodlarının birində "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov hakimə sərt etiraz edib. Bir neçə dəqiqə davam edən münaqişəyə futbolçular da qoşulub. Nəticədə oyunun baş hakimi İnqilab Məmmədov Samir Abbasovu məşqçilər üçün ayrılmış texniki zonadan çıxmağı tələb edib
Hazırda davam edən oyunda "Sumqayıt" rəqibi məğlub edir – 2:0