Futbol

“Sumqayıt” klubu ikinci transferini açıqlayıb

Sumqayıt” futbol klubu yay fasiləsində ikinci transferini reallaşdırıb. 

“Qəbələ”dən ayrılan Elvin Məmmədovla 1 illik müqavilə bağlanılıb. “Gənclik şəhəri” təmsilçisi daha əvvəl “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovla eyni müddətə anlaşıb. 

Qeyd edək ki, Elvin Məmmədov “Qəbələ”dən (11 oyun, 2 qol) başqa “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) formasını geyinib. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Məmmədov yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı