“Sportinq”in “Qarabağ”la oyun üçün yekun heyəti
20.09.2018 , 12:22
“Sportinq”in Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyun üçün heyəti açıqlanıb
Lissabon təmsilçisinin baş məqşçisi Joze Pezeiro yekun siyahıya 21 futbolçunun adını daxil edib. Komandanın aparıcı üzvləri – Bas Dost və Markus Vendel zədə səbəbindən bugünkü matçı buraxacaqlar.
Qapıçılar: Romen Salen, Renan Ribeyro, Luis Maksimiano
Müdafiəçilər: Jeremi Matye, Sebastian Koates, Cefferson Nasimentu, Andre Pinto, Stefan Ristovski, Bruno Qaspar
Yarımmüdafiəçilər: Bruno Fernandeş, Markos Akunya, Rodriqo Battalya, Radosav Petroviç, Migel Luis, Nemanya Qudel, Nani
Hücumçular: Fredi Montero, Karlos Mane, Rafinya, Abdulay Diabi, Covane Kabral
Qeyd edək ki, bu gün keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.