Avrokuboklar

“Sportinq”in baş məşqçisi: “Qarabağ” yaxşı komandadı”

30.11.2018 , 00:26

“İlk hissəni çox yaxşı başladıq. İlk qolu pressinq sayəsində vurduq, ikinci qolda isə baxımlı hücum qurduq”. Bu sözləri “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Qarabağ”a qalib gəldikləri matçı dəyərləndirərkən deyib.

Hollandiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Mən “Qarabağ”ı çox bəyənirəm, hesabın belə olacağını gözləmirdim. Nəticədən çox razıyam. Artıq növbəti oyunumuz barədə düşünməliyik”.

– Komandanızın oyunundan nə dərəcədə razı qaldınız?

– Komandamız yaxşı futbol sərgilədi. Futbolçularımızdan razıyam.

– Hazırkı komandanın göstərdiyi oyun sizi razı salır?

-Əlbəttə, daha yaxşı ola bilərik. Bu, sadəcə bir oyundur. Belə oyunların davamını gətirməliyik. Oynadığımız futbolu bəyənirəm, lakin daha artırmalıyıq.

– Avropa Liqasının finalı Bakıda keçiriləcək. Finala qədər irəliləmək şansınızı nəzərə alsaq, yenidən Bakıya qayıtmaq ürəyinizcə olacaq?

– Mən çox uzağa baxmaq istəmirəm. Məni düşündürən növbəti oyundur. Stadion yaxşı, Bakı isə yaxşı şəhərdir. Yayda Bakıya qayıtmağı çox istəyərik.

– “Qarabağ”ın hansı komponentlərini bəyəndiniz?

– İlk hissədə topa yiyələnməkdə çətinlik çəkdik. Topu cinahlara daşımağa çalışırdılar. Fasilədə bunu müzakirə etdik və futbolçulara diqqətli olmalarını tapşırdım.

Son yazılar

Yuxarı