big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

SORĞU: Milli komandanın baş məşqçisi kim olmalıdı?

08.12.2018 , 22:11

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda milli komandanın son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub. Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov baş məşqçi postundan istefa verib. Futbol həvəskarları və jurnalistlər arasında birmənalı qarşılaşmayan bu qərar haqda korner.az saytı sorğu keçirib. İdman mediası “Azərbaycan millisinin baş məşqçisi postuna yerli, yoxsa əcnəbi mütəxəssis gətirilməlidi, namizədləriniz varmı?” sualını cavablandırıb.

Mahir RüstəmliFutbol+ qəzetinin baş redaktoru
“İstisnasız, yerli məşqçi gəlməlidir. İndiki futbolçu nəsli, bu yığmanın potensialı onsuz da böyük hədəflər uğrunda oynamağa imkan vermir. Belədə əcnəbi mütəxəssisə bir ətək pul verməyin mənasi nədi?! Namizədlərə gəlincə, siyahı o qədər də geniş deyil. Mənim üçün siyahının başında Samir Abasov dayanır”

Rəşad Ergün – Komanda.az saytının baş redaktoru
Xarakter olaraq bədbin biri deyiləm. Hətta o qədər nikbin, ümidli, inamlı biriyəm ki, bir gün “Keşlə”nin Zaur Axundovun baş məşqçiliyi ilə Avropa Liqasının qalibi olacağına da inanıram. Amma Azərbaycan millisinin günlərin birində uğur qazanacağına inanmıram. Baş məşqçi kim olur olsun, fərq etməz. Bəlkə bütün heyəti dəyişib, legionerləri milliyə cəlb etsələr, onda hə. Məncə, AFFA xarici mütəxəssislə anlaşmalıdır. Elə mütəxəssis ki, azarkeşlər onu söyüb-təhqir edəndə başa düşməsin. Berti Foqtsu bütün gün sosial şəbəkədə ələ salıb tənqid edirdilər, amma adam həmişə xoşbəxtcəsinə gülümsəyirdi. Deyəsən, AFFA-da heç kim ona azarkeşlərin nə düşündüyünü demirdi, özü də dili bilmədiyi üçün xoşbəxt idi.

Kənan Məstəliyev – Rekord.az saytının baş redaktoru
Bu gün ölkənin ən güclü yerli mütəxəssisini hörmətsiz şəkildə yola saldılar. Ondan yaxşısı yox idi. Ona görə də, daxili bazara üz tutulması absurddu, bunu heç edən də deyillər. Çünki bu yolla özlərinə lazım olan işləri həyata keçirə də bilməyəcəklər. Odu ki, məşqçi xaricdən gələcək. Namizədim yoxdu

Ceyhun Haşımov – veteran hakim
“Yəqinki rəhbərlik daha optimal variant tapacaq. Amma mən keçmiş Yuqoslaviya ölkələrindən olan bir məşqçinin uyğun olduğunu düşünürəm. Çünki onlar tez adaptasiya olurlar”

Elçin Cəlilov – Futbolpress.az saytının baş redaktoru 

“Qurban Qurbanovun bu tərzdə göndərilməsindən, bütün mənəvi və peşəkar qaydaları pozulduqdan sonra, elə konkretləşdirdim ki, milli komanda baş məşqçi tərəfindən idarə olunmur, milli komanda başqa yerlərdən idarə olunur. İcraiyə Komitəsi oyunu adı ilə başqa oyunlar oynanıldı. Zamanla bu məsələlərin hamısı xırdalanacaq. O yerlərin də hara olduğunu biz zamanla deyəcəyik. İndiki vəziyyət çox absurddu. Ona görə hesab etmirəm ki, kimsə gəlsə, düzələcək. Qurbanovun özünün də açıqladığı kimi, çox dəyişiklik olmalıdı”

Ceyhun Rzayev – Xəzər TV-nin idman şərhçisi
“Yerli məşqqçi gətirməyin mənası yoxdur. Qurban Qurbanovu necə yola saldıqlarını gördük. 100 faiz əcnəbi gətirəcəklər. Namizədə gəlincə, bunun bir əhəmiyyatı yoxdur. Namizədi baş katib seçəcək

İlkin Vaqifoğlu – Sportinfo.az saytının baş redaktoru
“Azərbaycan millisində yerli, yaxud əcnəbi baş məşqçinin çalışmasının heç bir fərqi və önəmi yoxdu. Toplananların yerini dəyişəndə cəm yenə dəyişmir. İlk növbədə idarəçilər dəyişməlidi. Problem burdan başlayır. Bir qrup şəxs AFFA-nı ata mülkü kimi idarə edir. Futbol onlar üçün monopoliyadı və bu sahədən külli miqdarda vəsait qazanırlar. Bu qazancın eqal, bir də qeyri-leqal tərəfi var. AFFA Qurban Qurbanovu millidən göndərməklə növbəti məğlubiyyətinin altına öz imzasını atdı. «Düşünən başlar» yenə də öz şəxsi maraqlarını hər şeydən üstün tutdular. Görünür, əmindilər ki, onları sonsuza qədər sorğu-suala çəkən, hesabat istəyən olmayacaq. Qurbanov Azərbaycan məşqçilər məktəbinin lideridi. Onunla bu cür davranmaq yolverilməzdi. Xarici də gəlsə, yerli də olsa, milli yenə nəticə göstərməyəcək. Səbəblər o qədər çox, problemlər o qədər dərindi ki… Fikrimcə, artıq dövlətin futboldaxili proseslərə münasibət bildirmək, müdaxilə etmək zamanı çatıb. Ümmiyyətlə, dövlət futbolun inkişafı üçün çox iş görüb və yenə də görür. Sadəcə, bəzi işbazlar hamını aldadır, gözdən pərdə asır. Elxan Məmmədov kimilərini futboldan rədd eləmək lazımdı! Onun konsepsiyası ölkə futbolunu tamamilə məhvə sürükləməkdi. Elxanın idarəçisi olduğu yerdə Qurbanov kimi təmiz insanlar çalışa bilməz!”

Amal Abuşov – Sport7.az saytının baş redaktoru
“Məncə, biz əvvəlcə o komandanın adını düzgün deməliyik. Azərbaycan millisi bu komanda deyil və bundan sonra heç olmayacaq. Yenə də 6-7 “milliləşdirilmiş” futbolçunu – Daniel Axtyamovu, Maqomed Mirzabekovu, Maqomed Kurbanovu, Murad Hüseynovu… gətirib oynadacaqlar. Onlara şərik olmağa razılaşan əcnəbi məşqçini də baş məşqçi postuna təyin edəcəklər. Bu da ki, sözsüz əcnəbi olacaq. Mənim namizədim Elxan Məmmədovdu. Artıq xərcə düşməyə gərək yoxdu. Elə özü o posta əyləşsin, biz də baxıb, əl çalaq”

Araz Əhmədov – Sportfm.az saytının baş redaktoru

“Ancaq və ancaq əcnəbi mütəxəssis gəlməlidi. Və alman məşqçi olması daha məqsədəuyğundur. Qurbanov yerli məşqçilərin ən yaxşısı hesab edilirdi, nəticə göz qabağındadı. Bizə nizam-intizamı əsas götürən, özünü sübut etmək istəyən alman mütəxəssis lazımdır. Robert Prosineçkinin də dönməsinin əleyhinə deyiləm. Ancaq indi bu mümkünsüz görünür”

Elçin Cəfərov – “Azərbaycan” qəzetinin idman yazarı

“Belə bir məsəl var. Düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular. Qurban Qurbanov məhz bu taleyi yaşadı. Bu gün ölkə futbolunun vəziyyəti o qdər aşağıdadır ki, kim gəlsə xeyri yoxdur. Futbol funksionerlərinin səriştəsizliyi, bir çoxlarının legioner baş məşqçi hərisliyi ucbatından illərdir Azərbaycan futbolu can çəkişir. 8 komandalı Azərbaycan Premyer Liqası ölkə yox, paytaxt birinciliyini xatırladır. Regionlarda futbolun üzərindən qalın çalın-çarpaz xətt çəkilib. Futbol başbilənlərinin “eksperimentləri” sayəsində azarkeşlər futboldan küsüb. Uşaq futbolu acımasız durumdadır. Belə vəziyyətdə kimi gətirsən də xeyri yoxdur!!! Xammal olmalıdır ki, nəsə istehsal edə biləsən… Bir sözlə, fiaskoya uğrayan Azərbaycan futbolunu daha böyük uçurumlar gözləyir”

İlqar Tağıyev – “Het-trik news” qəzetinin baş redaktoru

Futbolumuzun indiki vəziyyətində millinin başına əcnəbi mütəxəssisin gətirilməsinin heç bir xeyiri olmayacaq, bizə maliyə itkisindən başqa heç nə verməyəcək. Ad-sanından, futbol savadından, bacarığından asılı olmayaraq, istənilən əcnəbi məşqçinin bu milli ilə uğur qazanması mümkün deyil. Bu, Fernando Alonsoya «Zaparojets» verib sürəti 220-ə qaldırmasını istəməyə bənzəyir. Əlimizdə olan «material» istənilən keyfiyyətdə deyil, əvəzləməyə isə yenisi yoxdur, keyfiyyəti daha aşağıdı. Vaxt itkisi hesabına başa gəlsə də, indiki halda hər şeyə sıfırdan başlamaq lazımdı. Yəni, uşaq futboluna yanaşma kökündən dəyişməlidir. İndi olmasa da, bunun bəhrəsini bir neçə ildən sonra görə biləcəyik. Məhz həmin bir neçə ildən sonra təcrübəli əcnəbiyə güvənmək olar. İndi msə millinin yerli mütəxəssisə tapşırılması daha doğru qərar olar. Yerli mütəxəssis futbolumuza daha yaxşı bələd olacaq. Təbii ki, yenə də uğur gözləməyə dəyməz. Amma azından maliyə vəsaitinə qənaət olunacaq. Nə qədər ki, uşaq futboluna lazımi yanaşma olmayacaq, klubların sayı artırılmayacaq, futbol kütləviləşməyəcək, nə millinin uğurlarını görəcəyik, nə də futbolumuzun inkişafını. Təəssüf ki, hazırki rəhbərliyin sadaladıqlarımın heç olmasa yarısının gerçəkləşəcəyinə inanmıram.
O ki qaldı namizədlərə, indiki halda milliyə kimin təyin olunmasının heç bir fərqi yoxdur. Təki yerli mütəxəssis olsun. Bir qədər cavan kadrın təyinatı daha yaxşı olardı. Uğur gözlənilməsə də, heç olmasa, həmin məşqçi təcrübə qazanmış olardı.

 

Son yazılar

To Top