big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Velosiped

“Sevinirəm ki, tarixi vətənimin uğurları üçün çalışıram”

10.03.2014 , 20:49

Xəbər verdiyimiz kimi, Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yuruşu Azərbaycanın “Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb. 

Korner.az-ın Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, 149 km məsafəyə mübarizədə “Synergy Baku”nun velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, Maksim Averin bir zamanlar SSRİ-nin olimpiya yığmasının şərəfini qorumuş, 1978-ci il dünya veloyürüşünün qalibi, SSRI-nin əməkdar idman ustası, 1976-cı il Monreal olimpiadasının iştirakçısı, 6 dəfə SSRI çempionu və kubokun qalibi, həmvətənimiz Aleksandr Averinin oğludur. Hazırda Ukraynada yaşayan Aleksandr Averin 1954-cü il, aprelin 11-də Bakıda anadan olub və velosiped idmanının sirlərinə də məhz Bakıda yiyələnib. Onun oğlu, ötən il Isveçrənin “Atlas-Personal-Jakroo” Kontinental komandasının şərəfini qoruyan Maksim Averin isə bu ildən etibarən “Synergy Baku” komandasına qoşulub və iştirak etdiyi ilk yarışdaca ona göstərilən etimadı doğruldub. Yeri gəlmişkən, velosipedçi uğur qazandığı Xorvatiyaya məhz Bakıdan yollanıb.

AVİF mətbuat xidmətinə verdiyi müsahibədə “mən çox xoşbəxtəm” – deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin birinci yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib və fikirlərini belə tamamlayıb: “Öz tarixi vətənim olan Azərbaycanın “Synergy Baku” komandasının şərəfini qoruduğum üçün çox şadam. Mənə göstərilən etimada görə hamıya təşəkkür edirəm”.

Azərbaycan Velosiped Idmanı Federasiyasının baş katibi Fərhad Əliyev komanda üzvlərimizin 2014-cü ildəki yarışlarda uğurlu startını kollektiv daxili ab-havanın yüksək olması və düzgün qış hazırlığı ilə əlaqələndirib: “Hazırda “Synergy Baku”da olduqca mehriban kollektiv formalaşıb və hamı uğur qazanmaq üçün bir-birinə əlindən gələn köməkliyi edir. Yeni üzvlərin düzgün seçimi və federasiya rəhbərliyi tərəfindən komandaya yaradılan yüksək şərait “Synergy Baku”nu daha da gücləndirib. Langkavidə ən yaxşı dağ velosipedçisi kimi “qırmızı mayka” qazanmış Metyu Bremmier və Xorvatiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Maksim Averin komandamızın yeni üzvləridir. Onların əldə etdiyi nailiyyətlər isə seçimin düzgün aparılmasını sübut edir” – deyən Fərhad Əliyev “Synergy Baku”nun daha böyük uğurlara imza atacağına inandığını bildirib.

Son yazılar

To Top