“Sevilya”dan 15 milyon avroluq transfer
17.01.2019 , 10:46
“Sevilya” hücum xəttini gücləndirib.
Əndəlüsiyalılar “Zalsburq”un forvardı Munas Dabburu transfer edib. La Liqa təmsilçisi bu keçid Avstriya klubuna 15 milyon avro ödəyib. İsrail millisinin üzvü yeni klubuna yayda qoşulacaq.
Qeyd edək ki, Dabbur “Zalsburq”a 2016-cı ildə “Qrasshopper”dən keçib.