Dünya Futbolu

Santyaqo Solari “Real”da qalır

09.01.2019 , 13:47

“Real”ın baş məşqçisi Santyaqo Solari ən azı cari mövsümün sonuna  qədər komandada qalacaq.

Madrid təmsilçisinin son oyunlar uğursuz çıxışına baxmayaraq, klub rəhbərliyi 42 yaşlı mütəxəssisə heç olmasa, yaya kimi komanda ilə bir kubok qazanmağa şans vermək niyyətindədir.

“Real” Solarinin rəhbərliyi altında klublararası dünya çempionatının qalibi olub, Çempionlar Liqasının  1/8 finalına yüksəlib.

Son yazılar

Yuxarı