Transferlər

Samir Məsimov Azərbaycan klubunda

05.08.2018 , 11:39

U-21 milli komandamızın sabiq futbolçusu Samir Məsimov özünə yeni klub tapıb.

22 yaşlı yarımmüdafiəçi “Keşlə”nin düşərgəsinə dəvət olunub. O, “Qəbələ” ilə yoxlama görüşündə də meydana buraxılıb. Məsimovun məşqçilər korpusunun etimadını qazanıb-qazanmayacağına isə yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, Məsimov son olaraq Rusiyanın “Fakel” klubunda çıxış edib. Amma bu komandada heyətə düşməyən yarımmüdafiəçi uzun müddət idi futbol oynamırdı (Futbolinfo.az)

Facebook Şərhləri

Son yazılar

Yuxarı