Dünya Futbolu

Salanı aparan təyyarənin qəza səbəbləri

08.02.2019 , 12:09

Argentinalı futbolçu Emiliano Salanı aparan təyyarənin qəza səbəbləri araşdırılır. Futbolçunun ölümü ilə nəticələnən hadisə ilə bağlı bir çox söz-söhbətlər ortaya atılır.

Hava Qəzalarını Araşdırma Şöbəsi (AAIB) qəzaya nəyin səbəb olduğunu araşdırmağa çalışıb. Bunun əlverişsiz hava şəraitindən qaynaqlandığı bildirilib.

Aviasiya mühəndisi Xorxe Polanko Argentina mətbuatına açıqlamasında qış aylarında La-Manş dənizinin üzərindən keçməyin təhlükəli olduğnu bildirib: “Soyuq havada gecə vaxtı La-Manş üzərindən tək motorlu təyyarə ilə keçmək əsl dəlilikdi. “The Piper Malibu” mükəmməl tək motorlu və 7 nəfərlik “hava gəmisi”di. Bu uçuşun gecə vaxtı olması məni təəccübləndirdi. Avropada bu tarixlərdə qış mövsümüdü. La-Manşda bu mövsümdə gecə uçmaq Antraktida üzərindən kiçik təyyarə ilə keçmək arasında bir fərq yoxdu. Fikrimcə, buzlanmaya görə motor dayanıb və qəza buna görə baş verib”.

Son yazılar

Yuxarı