Cüdo

Şəhid Raquf Orucovun xatirə turniri keçiriləcək

16.04.2018 , 09:23

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu bu il aprelin 19-da Bakı İdman Sarayında 2016-cı aprel döyüşlərində şəhid olan Raquf Orucov və digər şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri keçirəcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq turnirdə yaşı 21-dək (U-21) olan, 1998-2003-cü il təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər.

İkinci “Raquf Orucov Kuboku” (“Raguf Orujov Cup”) turnirində Bakı şəhərini və bölgələimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandalarının iştirakı gözlənilir.

Yarışlara səhər saat 10.00-da start veriləcək. Turnirin rəsmi açılış mərasimi saat 17.00-da olacaq, sonra final görüşləri  və mükafatlandırma mərasimi keçiriləcək.  Turnirin final görüşləri “CBS Sport” kanalında yayımlanacaq.

Facebook Şərhləri

Son yazılar

Yuxarı